Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək.
Milli.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, bu qismən tutulma saat 21:29-da başlayacaq, 01:53-də isə başa çatacaq.
Tutulma 4 saat 22 dəqiqə davam edəcək, maksimum faza isə saat 23:43-də müşahidə olunacaq.
Bu astronomik hadisə yalnız Sakit okean, Yeni Zelandiya və Antarktida ərazilərində görünəcək. Azərbaycan ərazisində tutulma müşahidə olunmayacaq.
Asya
Milli.Az