Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhəlısinin ilk turunda “Benfika” ilə keçirilən oyunda zədələnən futbolçusu Marko Yankoviçin durumundan danışıb.
O,deyib ki, monteneqrolu yarımmüdafiəçinin durumu ciddi deyil.
“Məncə, ciddi bir şey yoxdur. Ayağına zərbə olmuşdu.
Həm də yorğun olduğuna görə bir az ağrısı çox oldu. Ciddi bir şey olmamalıdır”.
Yankoviç "Benfika"ya 3:2 hesabı ilə qalib gəldikləri matçın 77-ci dəqiqəsində zədələnərək oyunu tərk edib.