Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 1-ci turun daha 6 oyunu keçirilib.
İdmanxeber.az xəbər verir ki, turnirin son qalibi olan PSJ Parisdə “Atalanta”nı darmadağın edib – 4:0. “Qarabağ”ın rəqiblərindən “Ayaks” öz meydanında “İnter”lə üz-üzə gəlib və məğlub olub – 0:2..
17 sentyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
“Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr) – 0:0
“Slaviya” (Çexiya) – “Budyo Qlimt” (Norveç) – 2:2
Qollar: Mboci (23, 74); Bassi (78), Brunstad (90)
PSJ (Fransa) – “Atalanta” (İtaliya) – 4:0
Qollar: Markinyos (3), Kvartsaxeliya (39), Mendeş (51, 90+1)
“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) – 3:1
Qollar: Çaloba (20, aq), Keyn (27 p, 63); Palmer (29)
“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) – 3:2
Qollar: Robertson (4), Salah (6), Van Deyk (90+2); Lorente (45+3, 81)
“Ayaks” (Niderland) – “İnter” (İtaliya) – 0:2
Qollar: Türam (42, 47)