AZ

“Qarabağ”ın rəqiblərindən “Liverpul” uddu, digərləri məğlubiyyət aldı - ÇL-də NƏTİCƏLƏR

Çempionlar Liqasının əsas mərhələsində 1-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 6 oyun baş tutub.

“Qarabağ”ın rəqiblərindən “Ayaks”ı evdə “İnter”ə uduzub. “Liverpul” “Atletiko”nu məğlub yola salıbsa, “Çelsi” səfərdə “Bayern”ə məğlub olub.

ÇL-in sonuncu qalibi PSJ isə “Atalanta” böyük hesabla qalib gəlib.

“Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr) 0:0

“Slaviya” (Çexiya) – “Bodo Qlimt” (Norveç) 2:2
Qollar: Mbodji, 23; 74 – Bassi, 78. Fet, 90.

PSJ (Fransa) – “Atalanta” (İtaliya) 4:0
Qollar
: Markinyos, 3. Kvaratsxeliya, 39. N.Mendes, 51. Q.Ramos, 90+1.

“Bayern” (Almaniya) – “Çelsi” (İngiltərə) 3:1
Qollar
: Çaloba, 20-öz qapısına. H.Keyn, 27-pen; 63 – Palmer, 29.

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) 3:2
Qollar
: Robertson, 4. Salah, 6. Van Deyk, 90+2 – Lyorente, 45+3; 81.

“Ayaks” (Niderland) – “İnter” (İtaliya) 0:2
Qollar
: M.Turam, 42; 47.

Seçilən
13
2
sportinfo.az

3Mənbələr