AZ

“Qarabağ”ın rəqibinin hücumçusu geri qayıtmayacaq - Agenti açıqladı

“Bayern”in hücumçusu Nikolas Ceksonu təmsil edən agent Diomansi Kamara futbolçunun “Çelsi”yə mümkün qayıdışına münasibət bildirib.

“Bayern” hücumçunu yay transfer dövründə “Çelsi”dən birdəfəlik almaq imkanı ilə icarəyə götürüb.

Sportinfo.az xəbər verir ki, agent “Canal Plus”-a açıqlamasında “Cekson “Çelsi”yə qayıtmayacaq.

Onun Enzo Mareska ilə (“Çelsi”nin baş məşqçisi) yaxşı münasibəti yox idi. Amma biz ədavət yaratmaq istəmirik, ona görə də “Çelsi” onu buraxdı” deyib.

24 yaşlı Cekson “Bayern”in heyətində bir Bundesliqa matçında iştirak etsə də, qol vura bilməyib. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
1
sportinfo.az

1Mənbələr