AZ

O, braziliyalı hücumçuya “yaxşı ki, gedirsən” deyib

PSJ-nin idman müşaviri Luis Kampos braziliyalı hücumçu Neymarın klubdan ayrılmasına baş məşqçi Luis Enrikenin reaksiyasını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubunun rəsmisi, Luis Enrikenin Neymarla üzbəüz danışaraq, ona “yaxşı ki, gedirsən” dediyini bildirib:

“Luis Enrike Neymarla üzbəüz danışaraq, ona dedi: “Yaxşı ki, gedirsən”. Çünki onun futbola baxış bucağı fərqlidir: komanda oyunu tələb olunur, meydanda isə həftəboyu ən yaxşı məşq edən futbolçular olmalıdır”.

Neymar 2017-ci ildə “Barselona”dan 222 milyon avroya transfer olunaraq, futbol tarixinin ən bahalı keçidinə imza atmışdı.

Braziliyalı hücumçu Paris klubunun heyətində 173 oyuna çıxaraq, 118 qol vurub və 77 məhsuldar ötürmə verib.

Neymar PSJ ilə 5 dəfə Fransa çempionu, 3 dəfə kubokun qalibi olub.

Seçilən
17
sportinfo.az

1Mənbələr