Bakı. Trend:
İqlim dəyişikliyi nəticəsində bu yay Avropa şəhərlərindətemperaturun artması 16 500 nəfərin ölümünə gətirib çıxarıb. Bugöstərici istidən ölüm hallarının 68 faizinə bərabərdir. Ümumilikdəisə 854 şəhərdə 24 400 nəfərin ekstremal istilərdən öldüyü gümanedilir.
Trend-in“Tagesschau”a istinadən verdiyi məlumata görə, bu barədəbritaniyalı alimlərin araşdırmasında bildirilib.
Araşdırma yalnız Avropa əhalisinin 30 faizini əhatə edənşəhərləri əhatə etdiyindən, nəticələr bütün qitə üzrə tam mənzərəniəks etdirmir. Buna baxmayaraq, tədqiqat göstərir ki, Cənubi Avropapaytaxtları uzunmüddətli istilərin təsirinə daha çox məruz qalıb.Məlumata görə, istilər nəticəsində Romada 835, Afinada 630, Parisdə409, Madriddə 387, Buxarestdə 360, Londonda 315, Berlində isə 140ölüm halı qeydə alınıb.
Qeyd olunub ki, istilər xüsusilə sürətlə qocalan Avropa əhalisiüçün daha böyük təhlükə yaradır. Yaşı 65-dən yuxarı olanlar bütünistidən ölüm hallarının təxminən 85 faizini təşkil edib.