AZ

BOK İspaniyanın İsraillə bağlı tələbini rədd edib

İsrail Olimpiya Xartiyasına əməl edir və buna görə də onun idmançıları beynəlxalq yarışlardan kənarlaşdırılmayacaq.

Ucnoqqta.az bildirir ki, "Inside the Games"in EFE xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bəyanatında deyilir.

Açıqlamada deyilir ki, İsrail və Fələstinin Milli Olimpiya Komitələri BOK tərəfindən tanınır və bərabər hüquqlara malikdir.
Hər iki komitə Olimpiya Xartiyasına əməl edir. 

Xatırladaq ki, İspaniyanın baş naziri Pedro Sançes Qəzza zolağındakı münaqişə səbəbindən İsraili rəqabətdən kənarlaşdırmağa çağırıb.

Seçilən
43
ucnoqta.az

1Mənbələr