AZ

Yerə yeni “kosmik yoldaş” kəşf olunub

Astronomlar Yerə yaxın orbitdə hərəkət edən yeni bir “quasi-ay” (yarı-ay) aşkar ediblər.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, 2025 PN7 adı verilən bu kiçik kosmik cisim doğrudan Yer ətrafında fırlanmasa da, Günəşin ətrafındakı trayektoriyası Yer orbitinə çox oxşardır. Bu səbəbdən alimlər onu “Yerə kosmik yoldaş” adlandırırlar.

Mütəxəssislərin sözlərinə görə, 2025 PN7 ən azı yüz illərlə Yerin yaxınlığında qalacaq. Bu kəşf, həm Yerin cazibə qüvvəsi ilə digər kiçik kosmik cisimlər arasındakı əlaqələri öyrənmək, həm də gələcək kosmik missiyalar üçün yeni imkanlar yaratmaq baxımından böyük əhəmiyyət daşıyır.

Alimlər bildirirlər ki, “quasi-ay”lar çox nadir hallarda kəşf olunur və onların müşahidəsi Yerə yaxın obyektlərin tədqiqi baxımından xüsusi dəyərə malikdir.

Seçilən
15
azedu.az

1Mənbələr