AZ

“NATO nun addımları daha sərt ola bilər”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“NATO Ukrayna məsələsində daha aktiv bir mövqe sərgiləyə bilər. Çünki Ukraynanın təhlükəsizliyi məlum məsələdir ki, NATO sərhədlərinin təhlükəsizliyidir. Rusiya təxribatları davam etdirsə, NATO-nun addımları daha sərt ola bilər. Yəni sanksiyalar, əlavə qoşun yerləşdirilməsi, hərbi qarşıdurma və s.”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.

Deputat əlavə edib ki, NATO və Rusiya arasında soyuq müharibə getdikcə açıq hərbi rəqabət formasına keçir: “Əməliyyatlar, eyni zamanda, keçirilən təlimlər bir daha göstərir ki, bu, onun başlanğıc mərhələsidir. Hərbi mövcudluğun artmasını istəyən NATO qüvvəsi məlumdur ki, Moskva ilə Qərb arasında daha kəskin baş verə biləcək ritorikanın davam etməsinə gətirib çıxara bilər. Buna görə də düşünürəm ki, proseslərin çox ağır fəsadlara gətirib çıxarmaması üçün mütləq istər BMT səviyyəsində, istərsə də NATO-Rusiya münasibətləri səviyyəsində diplomatik addımlar atılmalı və bu proseslərə bir son qoyulmalıdır”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr