AZ

Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

BAKI, 18 sentyabr. TELEQRAF

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Teleqraf xəbər verir ki, bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

Təmsilçilərdən Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq) və Beka Kandelaki (130 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərindən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal əldə ediblər.

Seçilən
20
8
teleqraf.com

10Mənbələr