AZ

Joze Mourinyo “Benfika” ilə nə vaxt müqavilə imzalayacaq?

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Joze Mourinyo “Benfika”dan aldığı təkliflə bağlı ilk təəssüratlarını bölüşüb.

İdman.biz-in məlumatına görə, o, bildirib ki, təklif alanda dərhal razılaşıb.

Portuqaliyalı mütəxəssis artıq klubla müqavilənin şərtlərini gözdən keçirdiyini vurğulayıb: “‘Benfika"da işləməyi mənə təklif edəndə düşünmədən "bəli, istəyirəm, maraqlıdır" dedim. Hansı məşqçi "Benfika"ya yox deyər? Ən azı mən yox”.

Bildirilir ki, onunla iki illik anlaşma imzalanacaq. Hazırda tərəflər məşqçi heyəti ilə bağlı son detalları müzakirə edirlər. Mourinyo ilə müqavilə imzalandıqdan dərhal sonra, o, “Benfika”nın yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, “Benfika” sentyabrın 17-də Çempionlar Liqasında “Qarabağ”a (2:3) məğlubiyyətdən sonra baş məşqçi Brunu Lajeni istefaya göndərmişdi.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr