AZ

Amerikalı aparıcı dünyanı şoka aldı: Evsizləri zəhərli iynələrlə öldürün!

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

"Fox News"un aparıcısı Brian Kilmeade evsz və psixi problemi olanlara bağlı etdiyi çaöırışla bağlı dünyanın diqqət mərkəzinə düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, evsiz və psixi sağlamlıq problemləri olan insanların "nazı ilə oynamamağı" "məsləhət" bilib.

O, bu sözləri sentyabrın 10-da yayımlanan “Fox & Friends” verilişində Şimali Karolina ştatının Şarlotta şəhərində 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskanın qatarda bıçaqlanaraq öldürülməsi gedən müzakirədə deyib.

Aparıcı qətlin 34 yaşlı psixi xəstə və evsiz DeKarlos Braun Jr tərəfindən törədildiyinin deyərək, belələrinin cəmiyyət üçün təhlükə olduğunu bildirib: "Beləri cəmiyyətə təhlükədir. Niyə yaşamalıdırlar ki?! Evsiz və ruhi xəstələrin cinayət törətmələrinin qarşısını almaq üçün onları həbs etmək, yaxud zəhərli öldürücü iynə vurmaqla yox etmək lazımdır...".

Aparıcının bu sözləri qısa zamanda böyük rezonas doğurub.

Kaliforniya qubernatoru Gevin Nyusom onu "topa tutub" və belə aparıcıları qorxunc adlandıırb.

Aparıcı şəxsinə yönələn hücumlardan sonra üzr istəyib: "Təəssüf ki, sözlərim son dərəcə ehtiyatsız bir şərh idi. Şimali Karolinada cinayətkar kimi davranmayan çoxlu evsizlər və psixi sağlamlıq problemləri olanlar var. Onlar empatiya və mərhəmətə layiqdirlər. Hər kəsdən üzr istəyirəm...”.

Lamiyə Əhmədli

MİA.AZ

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
mia.az

1Mənbələr