AZ

"Benfika"nın yeni baş məşqçisiKİMDİR?

Joze Mourinyo karyerasını "Benfika" klubunda davam etdirəcək. 

Redaktor.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Portuqaliyalı mütəxəssis Lissabon klubunun təklifini şifahi olaraq qəbul edib. Qarşıdakı 24 saat ərzində rəsmi anlaşma imzalanacaq. Müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonunadək nəzərdə tutulub. 

Qeyd edək ki, "Benfika" ötən gün Çempionlar Liqasında "Qarabağ"a 2:3 hesabı ilə məğlub olub və baş məşqçi Brunu Laji vəzifəsindən istefaya göndərilib.

Seçilən
5
1
redaktor.az

2Mənbələr