AZ

Elektron siqaretdən imtina etmək mümkündür

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Elektron siqaretdən imtina etmək mümkündür, lakin bunun üçün əvvəlcədən hazırlaşmaq lazımdır: cihaz və mayeləri kənarlaşdırmaq, həmçinin əlləri və beyni məşğul edəcək fəaliyyətləri düşünmək. Nikotinsiz ilk həftələr bəzi insanlar üçün o qədər çətin keçir ki, bu halda mütəxəssisə müraciət etmək daha doğru olar.

Redaktor.az xəbər verir ki, bu  barədə aif.ru-ya psixiatr-narkoloq Ruslan İsaev məlumat verib.

Onun sözlərinə görə, nəzəri cəhətdən elektron siqareti təkbaşına buraxmaq mümkündür:

“Bəzi insanlar sadəcə cihazı kənara qoyur və bir daha ona qayıtmır. Amma təəssüf ki, bu, daha çox istisnadır. Belə qərara əvvəlcədən yaxşı hazırlaşmaq lazımdır: bütün cihaz və mayeləri uzaqlaşdırmaq, istəyin gücləndiyi anlarda nə edəcəyinizi düşünmək, əlləri və beyni məşğul edəcək fəaliyyət tapmaq, nəfəs məşqləri və gəzinti ilə diqqəti yayındırmaq”, - deyə İsaev bildirib.

Mütəxəssis qeyd edib ki, nikotinsiz ilk günlər və həftələr xüsusilə çətin keçir: əsəbilik, yuxusuzluq, əhval-ruhiyyədə enmə müşahidə oluna bilər. Çox vaxt insanlar məhz bu dövrdə vərdişə yenidən qayıdırlar.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
redaktor.az

2Mənbələr