AZ

Dünyanın ən çox axtarılan cinayətkarı bu şəhərdə görüntüləndi

"Wirecard" texnologiya şirkətinin keçmiş baş direktoru və dünyanın ən çox axtarılan cinayətkarlarından biri Jan Marsalek Moskvada görüntülənib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın xeyrinə casusluq etdiyi iddiası ilə İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Marsalekin imici diqqət çəkib. 

 Belə ki, o, saç əkdirib və imicində bəzi dəyişikliklər edib. 

Bildirək ki, Rusiya kəşfiyyatı tərəfindən işə götürülən avstriyalı Jan Marsalek 2020-ci ildə texnoloji şirkəti "Wirecard" iflas elan etdikdən sonra Rusiyaya qaçıb.

“The Insider” və “Der Spiegel”in 16 sentyabr tarixli hesabatına görə, dünyanın ən çox axtarılan cinayətkarlarından biri olan Marsalek gizləndiyi yerdən çıxmağa başlayıb.  Həmçinin, o, 2023-cü ildən bəri işğal altındakı Krıma 5 dəfə 27 saatlıq səfər edib. Mobil məlumatlar, həmçinin Marsalekin bir neçə dəfə Rusiya-Ukrayna sərhədinə yaxın olduğunu göstərir və qeydlər işğal altındakı Mariupolda cəbhə xəttinə bir səfər də göstərir.

Bununla yanaşı, beş fərqli kimlikdən istifadə edən Marsalekin Dubayda çirkli pulların yuyulması və almaz alveri ilə məşğul olduğu iddia edilir.

 

Seçilən
23
1
unikal.az

7Mənbələr