AZ

Polşa müdafiə naziri Kiyevə gedib

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu gün Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Kosinyak-Kamış Polşa Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə birlikdə Ukraynanın paytaxtı Kiyevə gedib.

Kiyevdə Polşa müdafiə nazirinin bir sıra görüşləri, xüsusilə də Ukrayna hökumət başçısı Denis Şmıqal ilə görüşü planlaşdırılıb. Görüş zamanı “hərbi əməkdaşlıq, Ukraynaya gələcək dəstək və Rusiya təcavüzü kontekstində təhlükəsizlik vəziyyəti” kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, 17 sentyabrda Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib ki, bu həftə yüksək səviyyəli Polşa nümayəndə heyəti Ukraynaya səfər edəcək və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində Ukraynanın təcrübəsi ilə daha ətraflı tanış olacaq.

Xatırladaq ki, sentyabrın 10-da təxminən 20-yə yaxın Rusiya PUA-sı ilk dəfə olaraq kütləvi şəkildə Polşa ərazisinə daxil olmuşdu. Onlardan bəziləri Polşanın şərq sərhədindən təxminən 300 km dərinliyə qədər irəliləmişdi.

Seçilən
41
6
apa.az

7Mənbələr