AZ

Tovuzda yeniyetmə müəmmalı şəraitdə ölü tapıldı

Tovuzda evdən yeniyetmə oğlanın meyti tapılıb.

News24.az Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Kirən kənd inzibati ərazi dairəsinin tabeliyində olan Qalaboyun kəndində baş verib. Belə ki, kənd sakini olan 2008-ci il təvəllüdlü İsmət Qismət oğlu Nağıyevin ailə üzvüləri yaşadığı evin həyətində olan çardağın altından meyitini tapıblar. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Məlumta görə, İ.Nağıyev 3 aydan sonra hərbi xidmətə gedəcəkmiş. Mərhumun bir müddət əvvəl atası da rəhmətə gedib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.


Seçilən
97
6
news24.az

10Mənbələr