AZ

Dəmir səviyyəsini artırmaq üçün nəyi yemək lazımdır?

Pediatr Anton Proxhorenko bildirib ki, anemiya, xüsusilə dəmir çatışmazlığı səbəbindən yaranan forması, bütün dünyada geniş yayılmış sağlamlıq problemi olaraq qadınlar, uşaqlar və yaşlılar arasında ən çox rast gəlinən qan xəstəliklərindən biridir.

E-saglam.az xəbər verir ki, bunu Anton Proxhorenko KP.RU-a verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, dəmir səviyyəsini artırmaq üçün bəzi qidaların faydalanmaq lazımdır. Həkim bildirib ki, anemiyanın müalicəsi üçün heç bir qida və ya vitamin yoxdur. Onun sözlərinə görə, yeganə effektiv üsul dəmir preparatlarını qəbul etməkdir.

Ət, qaraciyər, yumurta, dəniz məhsulları, qarabaşaq, paxlalı, nar və göyərtilərdə çox miqdarda dəmir var. Anemiyalı insanlar gündəlik rasionlarına bu qidaları əlavə etsələr və müntəzəm qəbul etsələr qandakı dəmir çatışmazlığının qarşısını ala bilərlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
23
e-saglam.az

1Mənbələr