AZ

Nihat Kahveci: İnsan Qarabağ a həsəd aparır Video

Qol.az saytına istinadən ain.az xəbər verir.

Türkiyəli tanınmış futbol mütəxəssisi Nihat Kahveci “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika" üzərindəki zəfərindən (3:2) danışıb.

QOL.az xəbər verir ki, o, “Kontraspor” verilişində "Fənərbaxça"nın pley-off mərhələsində Joze Mourinyonun rəhbərliyi altında "Benfika"ya uduzmasına diqqət çəkib və Ağdam təmsilçisi haqda xoş sözlər səsləndirib:

"Mourinyo baba deyirdi ki, "Benfika" möhtəşəm komandadır, cütün favoritidir, bizim məğlubiyyətimiz normaldır. Azərbaycanlı qardaşlarıma, futbolçulara, klub prezidentindən idarəçisinə qədər, bütün azarkeşlərinə salam deyirəm, təbrik edirəm. 2:0-dan geridönüş etdilər, 3:2 hesabı ilə qalib gəldilər. İzlədim. Vurduğları qollara, oyun epizodlarına baxdım. İnsan həsəd aparır. Yeri gəlmişkən, Mourinyo indi özü "Benfika"ya baş məşqçilik edəcək".

Verilişin həmin hissəsini təqdim edirik.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
7
qol.az

8Mənbələr