AZ

Yeniyetmənin meyiti tapıldı - 3 aydan sonra hərbi xidmətə gedəcəkmiş

Tovuzda evdən yeniyetmə oğlanın meyti tapılıb.

Redaktor.az ''Unikal''a istinadən xəbər verir ki, hadisə rayonun Kirən kənd inzibati ərazi dairəsinin tabeliyində olan Qalaboyun kəndində baş verib. Belə ki, kənd sakini olan 2008-ci il təvəllüdlü İsmət Qismət oğlu Nağıyevin ailə üzvüləri yaşadığı evin həyətində olan çardağın altından meyitini tapıblar. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Məlumta görə, İ.Nağıyev 3 aydan sonra hərbi xidmətə gedəcəkmiş. Mərhumun bir müddət əvvəl atası da rəhmətə gedib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
26
6
redaktor.az

10Mənbələr