AZ

Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 81%-ə çatdı

Avropanın yeraltı qaz anbarları payız-qış mövsümünə hazırlıq çərçivəsində artıq 81% doldurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.

Məlumata görə, yay mövsümünün əvvəlindən Avropa anbarlarına 52 milyard kubmetr qaz vurulub. Halbuki qarşıdan gələn qış mövsümünədək anbarların 90%-ə doldurulması üçün 61 milyard kubmetr qaz tələb olunur.

Sentyabrın 18-nə Ai ölkələrinin yeraltı qaz anbarlarına 208 milyon kubmetr qaz vurulub. İstehlak isə 37 milyon kubmetr təşkil edib.

Hazırda anbarlar 80,97% dolub ki, bu da son beş ilin həmin tarixi üzrə orta göstəricidən 6,49 faiz bəndi aşağıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 93,4% azdır. Avropa Komissiyasının yeni tələblərinə görə, Aİ ölkələri hər il 1 oktyabr–1 dekabr tarixləri arasında anbarlarını 90% doldurmalıdırlar. Bundan əlavə, anbarların doldurulması ilə bağlı mürəkkəb şəraitlərdə 10%-lik elastiklik tətbiq edilə bilər. Lakin bu tələblər Avropa bazarında qaz qiymətlərinin artmasına əlavə təkan verir.

Seçilən
24
4
bakivaxti.az

6Mənbələr