AZ

Daha yollarda əvvəlki kimi rahat şərait olmayacaq —Ekspert

“Bakıdakı tıxac problemi illərlə yığılıb qalmış və bu gün gecikmiş tədbirlərlə aradan qaldırılmağa çalışılan bir məsələdir”.

Bu fikirləri nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib.

O qeyd edib ki, zərərin yarısından qayıtmağın özü də xeyirdir:

“Əslində, bu işlər illər öncə görülməli idi. Hazırda 5 il ərzində 10 metro stansiyasının tikilməsi planlaşdırılır, bu da müəyyən rahatlıq yaradacaq. Lakin problemin tam həllini gözləmək real deyil. Hər il ölkəyə 100 mindən çox nəqliyyat vasitəsi idxal olunur.  Şəhərin yol və nəqliyyat infrastrukturu bu artımı daşımaqda çətinlik çəkir. Hər kəsin fərdi məsuliyyəti var. Yəni insanlar da meqapolisdə yaşadıqlarını nəzərə almalı, planlarını bu reallığa uyğun qurmalıdırlar. Evin, iş yerinin və ya məktəbin yerini seçərkən nəqliyyatı düşünmək lazımdır. Qısa məsafələrə (məsələn, 1 km-ə qədər) piyada getmək vərdiş halına çevrilməlidir. Avtomobildən yalnız zəruri hallarda istifadə edilməli, ictimai nəqliyyata üstünlük verilməlidir. Bu gün görülən işlər vəziyyətin daha da pisləşməsinin qarşısını ala bilər, amma əvvəlki rahat şəraitə qayıdış gözləmək real deyil. Tıxacların daha da dərinləşməməsi üçün həm dövlət, həm də cəmiyyət üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.

Leyla Turan
Demokrat.az
Seçilən
30
2
demokrat.az

3Mənbələr