AZ

Çin Şimal Dəniz Yolu ilə yeni marşrutu sınaqdan keçirir

Çinin Ninqbo limanı Şimal Dəniz Yolu ilə yeni marşrutu sınaqdan keçirmək üçün yük gəmisi göndərməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. 

Yük gəmisi sentyabrın 20-də yola düşəcək. Çin şirkətləri əvvəllər Şimal Dəniz Marşrutu boyunca sınaq reysləri həyata keçiriblər, lakin yeni marşrut daha mürəkkəb olacaq və daha çox limanları əhatə edəcək.

Arktika İnstitutunun yaradıcısı Malte Humpert izah edib ki, əvvəllər yüklər bir limandan digərinə, məsələn, Çindən Hamburqa və ya Sankt-Peterburqa aparılırdı. Yeni səfərdə gəmi dörd Çin limanına, daha sonra Arktika sularından keçəcək Böyük Britaniya, Rotterdam, Hamburq və Qdanskı ziyarət edəcək. Ekspertin fikrincə, bu, daha çox ənənəvi dəniz gəmiçilik marşrutlarını xatırladır.

Mənbə vurğulayıb ki, Şimal Dəniz Marşrutunun inkişafı iqlim dəyişikliyi - Arktikada buz örtüyünün əriməsi nəticəsində mümkün olub. Bununla belə, ekspert hesab edir ki, Şimal Dəniz Yolu yaxın gələcəkdə Süveyş və Panama kanallarını əvəz etməyəcək və yalnız qlobal ticarət yollarına əlavə rolunu oynayacaq.

Seçilən
30
ikisahil.az

1Mənbələr