AZ

İsrailə görə İspaniya 2026-cı il dünya çempionatını boykot edə bilər

İsrailin vəsiqə qazanacağı təqdirdə İspaniya milli futbol komandası qarşıdan gələn dünya çempionatını boykot edə bilər. Bunu “Marca”ya müsahibəsində İspaniya Deputatlar Konqresinin üzvü Paxi Lopes deyib.

O bəyan edib ki, dünya çempionatının başlamasına qədər Qəzza zolağında vəziyyət yaxşılaşmasa, bu qərar verilə bilər.

"İsrail Qəzza zolağında quru döyüş əməliyyatları aparır və buna diqqət yetirilməlidir. İspaniya cəmiyyətinin böyük əksəriyyəti bütün medianın bütün xəbər lentlərində gündən-günə gördüyümüz xəbərlərlə səssiz şərikliyimizə dözməyəcək", - Lopez bildirib.

2026-cı ilin sentyabrında keçiriləcək Dünya Kubokunun seçmə oyunlarından sonra hər iki komanda final mərhələsi üçün Şimali Amerikaya getmək hüququna malikdir. İsrail 2026-cı il dünya çempionatının seçmə mərhələsinin I qrupunda beş oyundan doqquz xalla üçüncüdür. İspaniya iki oyundan sonra 6 xalla E qrupuna başçılıq edir.

Əziz Mustafa

Seçilən
25
1
oxumeni.az

2Mənbələr