AZ

Çin əriməkdə olan Arktika vasitəsilə Avropaya ilk yük gəmisini göndərir

Çin şirkəti yük gəmisini ilk dəfə Rusiyanın şimal sahili boyunca Avropaya göndərməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumatda deyilir ki, Çin 20 sentyabr tarixində İstanbul Körpüsü adlı konteyner gəmisini dünyanın ən böyük limanı olan "Ninbo-Joushan" limanından Böyük Britaniyada yerləşən "Felixstowe" limanına 18 günlük səfərə yola salacaq. Bu səfəri buzqıran gəmilər də müşayiət edəcək. Məqsəd isə Asiya və Avropanın bir neçə limanını birləşdirən Şimal Dəniz Marşrutu üzrə müntəzəm daşımalar təşkil etməkdir.

Bilidirilir ki, bu sınaq səfəri əriməkdə olan buzlar və sürətlənən iqlim dəyişikliyi sayəsində mümkün olub və həm beynəlxalq ticarət, həm də ətraf mühit baxımından əhəmiyyət daşıyır.

Seçilən
25
2
apa.az

3Mənbələr