AZ

Səhv zolaqda gedən sürücü qəzadan son anda yayındı 77 NZ 071 VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Azadlıq prospektiylə Vaqif Mustafazadə küçəsinin kəsişməsində qayda pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-a video göndərib. Hadisə sentyabrın 17-də saat 16:28 radələrində qeydə alınıb. Belə ki, 77-NZ-071 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü nişanlanma xəttinin tələbini pozub. Kadrdan da göründüyü kimi, sözügedən sürücü düzünə hərəkət təşkil edilmiş zolaqdan sola manevr edib. Bu vaxt o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü siqnal verərək ona xəbərdarlıq edərək baş verəcək qəzanın qarşısını alıb. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr