AZ

İsveçrənin Azərbaycana birbaşa xarici investisiyaları 9 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin birinci yarısında İsveçrənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 226 milyon 633 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 dəfə və ya 202 milyon 244 min dollar çoxdur.

Hesabat dövründə İsveçrə Azərbaycana ən çox investisiya yatıran 4-cü ölkə olub. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 24 milyon 389 min dollar təşkil edirdi.

Birinci yarımildə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda İsveçrənin payı 7%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
25
1
banco.az

3Mənbələr