AZ

Azərbaycanın xaricdən aldığı çay 1,70₼ bahalaşıb

Bu ilin ilk 8 ayında Azərbaycana 54,5 milyon dollar həcmində 8 min 861 ton çay idxal edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,1 milyon dollar və ya 8,1% çoxdur, miqdar ifadəsilə isə 902 ton, başqa sözlə 9,2% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 50,5 milyon dollar dəyərində 9 min 764 ton çay idxal olunmuşdu.

Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi çayın 1 kiloqramının orta idxal qiyməti 10 manat 45 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 8 manat 79 qəpik idi. Bu da illik müqayisə ilə 1 manat 66 qəpik və ya 18,9% bahalaşma deməkdir.

Bu il 8 ayında ümumi idxalın 0,36%-ı çayın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,40% olub.

Seçilən
10
1
fed.az

10Mənbələr