AZ

Kreml Dmitri Kozakın istefa verdiyini təsdiqlədi -YENİLƏNİB

Kreml Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefa verdiyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kozakın könüllü olaraq istefa verdiyini deyib.

O, bununla bağlı Kremlin hələ fərman dərc etmədiyini açıqlayıb.

***

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefası nəzərdən keçirilib və qəbul olunub.

Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Məlumata görə, Kozakın son iş günü 19 sentyabr, cümə günü olacaq.

“İnterfaks”ın mənbələri Kozakın gələcək taleyi barədə ortaq fikrə malik deyillər. Onlardan biri əmindir ki, o, Şimal-Qərb Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi təyin olunacaq. Digəri isə Kozakın sahibkarlıq fəaliyyətinə başlaya biləcəyini istisna etmir.

Seçilən
12
3
redaktor.az

5Mənbələr