AZ

Zaxarova: Rusiya Ermənistan və Türkiyə arasında normallaşmanı dəstəkləyir

BAKI, 18 sentyabr. TELEQRAF

Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasını dəstəkləməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Moskva hesab edir ki, Ermənistan və Türkiyə arasında sülh və dayanıqlı inkişafın təmin olunması üçün münasibətlərin normallaşdırılması zəruridir. Bu prosesdə xarici qüvvələrin destruktiv müdaxiləsi istisna edilməlidir", - o qeyd edib.

Diplomatı xatırladıb ki, Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələrin ilk görüşü 14 yanvar 2022-ci il tarixində Moskvada keçirilib.

Seçilən
1
teleqraf.com

1Mənbələr