AZ

Rusiya polis idarəsinin rəisi fahişələrə himayədarlıq edirmiş...

...Kalininqradın Leninqradski Rayon Məhkəməsi fahişəliyin təşkilində və rüşvətxorluqda ittiham olunan bələdiyyələrarası polis idarəsinin rəisini həbs edib.

SİA-nın məlumatına görə, bu barədə Lenta.ru-ya Kalininqrad vilayət məhkəməsindən bildirilib.

Müstəntiqin vəsatəti əsasında noyabrın 16-dək həbs qətimkan tədbiri seçilib.

Polis zabiti fahişələrə himayədarlıq etməkdə, rüşvət almaqda və cinayət təşkilatı təşkil etməkdə təqsirləndirilir.

İstintaqın məlumatına görə, asayiş keşikçisi 2017-ci ildən rayon sakinlərini fahişəliyə sövq edən cinayətkar qrupun mühafizəsini təmin edib.

Xidmətlərinə görə təxminən 3,5 milyon rubl alıb.

Daha əvvəl bildirilmişdi ki, Krasnoyarsk diyarında 5 saylı polis bölməsinin 36 yaşlı əməkdaşı intim salona himayədarlıq etməkdə şübhəli bilinir.

Əli Babayev

Seçilən
0
1
sia.az

2Mənbələr