İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti "İsfa" MMC ilə Şahdağ Qusar Futbol Klubu arasında sentyabrın 18-də tərəfdaşlıq haqqında müqavilə imzalanıb.
FED.az xəbər verir ki, sənədi "İsfa" MMC-nin direktoru Samir Xeyirbəyov və Şahdağ Qusar Futbol Klubunun prezidenti Rahid Əmirquliyev imzalayıblar. Müqavilənin müddəti 1 ildir.
Bu əməkdaşlıq hər iki təşkilata gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.
Əməkdaşlıq çərçivəsində klubun oyunlarında "İsfa" MMC-nin reklam materialları yerləşdiriləcək və komanda futboçularının geyimində şirətin adı yazılacaq.
Qeyd edək ki, "İsfa" MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət innovativ damlama-suvarma və yağmurlama sistemlərinin satışı və quraşdırılması, meyvə tinglərinin istehsalı və satışı, intensiv bağların salınması və aqro-texniki xidmətlərlə məşğuldur.
Damlama-suvarma sistemləri, gübrələr, kənd təsərrüfatı texnikaları və avadanlıqlar şirkətin əsas xidmətlərinə daxildir. "İsfa" MMC Yevlax Pilot Aqropark layihəsinin rezidenti olaraq bağçılıq işləri və ixrac yönümlü layihələr həyata keçirir.