Böyük Britaniyada üç nəfər Rusiya Federasiyası xeyrinə casusluqda ittiham olunaraq saxlanılıb.
Ölkə.az "The Times"a istinadla xəbər verir ki, saxlanılananlardan ikisi kişi, biri isə qadındır.
Məlumata görə, Esseks qraflığında hüquq-mühafizə orqanları 41 yaşlı kişini və 35 yaşlı qadını eyni ünvanda saxlayıb, 45 yaşlı kişi isə yaxınlıqda tutulub.
Şübhəlilərin adları açıqlanmır.
Həmidə İbrahimova