AZ

“FINCA Azerbaijan”nın 3 milyon manatlıq istiqrazlarına 56 investor müştəri çıxdı

“FINCA Azerbaijan” MM QBKT-nin AZ2010019209 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10 oktyabr 2025-ci il tarixində yekunlaşıb.

Banker.az xəbər verir ki, 15 faiz gəlirlilik təklif edən 2 illik istiqrazlar üçün Bakı Fond Birjasında (BFB) 56 investor tərəfindən eyni sayda sifariş verilib.

İstiqrazların ümumi həcmi 3 milyon manat idi.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “FINCA Azerbaijan” MM QBKT Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2010019209 İstiqraqzların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar Ticarət üsulu/forması Kütləvi/ Rəqabətli hərrac İstiqrazların sayı 30,000 ədəd İlkin ticarət qiyməti 100 manat Buraxılış həcmi 3,000,000 manat İllik gəlirlilik faizi 15% Ödəmə periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir Tədavül müddəti 24 ay Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 3,000,000 manat Reallaşdırılmış həcm 3,000,000 manat Minimal qiymət 100 (15.0000%) manat Maksimal qiymət 100 (15.0000%) manat Kəsmə qiyməti 100 (15.0000%) manat Ortaçəkili qiyməti 100 (15.0000%) manat İnvestor sayı 56 Sifariş sayı 56 Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Seçilən
153
2
banker.az

10Mənbələr