Rumıniya Gömrük Xidməti ölkənin cənub-şərqindəki Konstansa limanında dəyəri 1 milyard avroya yaxın olan saxta əskinaslar aşkalayıb.
Publika.az xəbər verir ki, bu barədə Rumıniyanın hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, Avropa Polis Agentliyinin (Avropol) koordinasiya etdiyi “Decoy III” əməliyyatı çərçivəsində Rumıniya polisi Konstansa limanında 160 qutu saxta əskinas aşkar edib.
Əskinasların Çin və Türkiyə kimi ölkələrdən keçməklə dəniz yolu ilə Aİ-yə daxil olduğu bildirilir. Dəyəri 960 milyon avro olan 4,8 milyon əskinasın hamısı müsadirə edilib.