AZ

Yermak: Zelenski Trampa dedi ki, Putinlə görüşə hazırdır, amma şərt var  

Ukrayna prezidenti Volodimir Zelenski iki telefon danışığından sonra ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona uçub. Hər iki lider təhlükəsiz xətt üzrə danışıb, lakin elə məsələlər var ki, onlar yalnız şəxsi müzakirə tələb edir...

Poliqon xəbər verir ki, bunu Axios-a müsahibəsində Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

Onun sözlərinə görə, hər iki telefon danışığı çox yaxşı olub.

"Prezidentlər bir-birini başa düşürlər. Onlar dərhal çox konkret danışmağa başladılar. Onların bu qədər tez görüşməyə razılıq vermələri bizim dost və tərəfdaş olduğumuzu göstərir", deəyə Yermak bildirib.

O əlavə edib ki, Zelenski Trampa Rusiya və ya Belarus istisna olmaqla, hələ də Putinlə istənilən formatda və dünyanın istənilən yerində görüşməyə hazırdır deyib. Putin dəfələrlə belə bir görüşü rədd edib.

Xatırladaq ki, bu açıqlamalar Trampın Budapeştdə Putinlə görüşə razılıq verməsi xəbəri fonunda verilib. O, bunun dəqiq nə vaxt baş verəcəyini açıqlamayıb, lakin əlavə edib ki, sammit yaxın iki həftə ərzində baş tuta bilər.

Axios xəbər verir ki, Zelenski və komandası Trampın Putinlə Macarıstanda yeni görüş keçirmək barədə razılığa gəlmək barədə açıqlamasına təəccüblənib.

Poliqon.info

Seçilən
27
10
poliqon.info

10Mənbələr