“Çelsi” və İngiltərə millisinin sabiq oyunçusu Co Koul “Mançester Siti”nin hücumçusu Erlinq Halandın uğurlarını şərh edib.
90deqiqe.Az xəbər verir ki, “TNT Sports” 43 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb.
“100 qolu 105 oyunda vurmaq möhtəşəm nəticədir, xüsusilə İngiltərə Premyer Liqasında. Mənim fikrimcə, bu liqa ən çətini hesab olunur.”
Sabiq futbolçu əlavə edib ki, Harri Keyn Holanddan daha yaxşıdır, çünki o, müxtəlif mövqelərdə oynaya bilir və statistikası buna baxmayaraq möhtəşəmdir.
Qeyd edək ki, Harri Keyn bu mövsüm “Bavariya” ilə bütün turnirlərdə 11 oyunda 19 qol vurub.
Haland bu mövsüm 10 oyunda 14 qol vuraraq 2000-ci ildən bəri Top-5 liqalarda ən sürətli 100 qol vuran ikinci oyunçu olub (105 oyun). Bu göstəricidə lider isə Harri Keyndir (104 oyun).