AZ

“Azəriqaz” rəhbərliyinin növbəti vətəndaş qəbulu Sabirabadda baş tutacaq

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov Sabirabad rayonunda vətəndaş qəbulu keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, qəbul oktyabrın 23-ü saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. 

Görüş zamanı Sabirabad, Saatlı və İmişli rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050-845-72-19; 070-347-95-47) müraciət edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
2
qafqazinfo.az

6Mənbələr