AZ

ÇL: "Qarabağ" Bilbaoda məğlub oldu

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ikinci oyun günündə İspaniyada "Atletik Bilbao" ilə üz-üzə gəlib.

“San Mames” stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Matçda ədaləti İqor Payaçın başçılıq etdiyi Xorvatiyadan olan hakimlər briqadası qoruyub.

Keçirdiyi hər iki oyunda qələbəyə sevinən “Qarabağ”dan fərqli olaraq “Atletik Bilbao” ilk iki turda xal toplaya bilməyib. Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv evdə İngiltərə “Arsenal”ına 0:2, səfərdə Almaniyanın “Borussiya Dortmund” klubuna 1:4 hesabı ilə uduzub. Qurban Qurbanovun komandası isə Portuqaliyada “Benfika”nı 3:2, evdə isə Danimarka “Kopenhagen”ini 2:0 hesabı ilə üstələyib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr

"Atletik Bilbao" (İspaniya) – "Qarabağ" (Azərbaycan) 3:1

Qol: Qorka Quruseta,40, 88. Navarro, 70. - Leandro Andrade, 1.
Hakimlər: İqor Payats, Boyan Zobenitsa, İvan Mihali, Zdenko Levriç (hamısı Xorvatiya). 
VAR: İvan Bebek (Xorvatiya), Fedayi San (İsveçrə) 
Bilbao. "San Mames" stadionu.

Atletik”: Unay Simon, Andoni Qorosabel, Aytor Paredes, Emerik Lyaport,Yuri Berçiçe, Mikel Xaureqisar, Alexandri Reqo, İnyaki Uilyams, Oyan Sanset, Niko Ulyams, Qorka Quruseta

Ehtiyat heyət: Padilya, Vivian, Vesqa, Berenger, Areso, Lekue, Ruis de Qalarreta, Boyro, Qomes, Sannadi, Serrano, Navarro

Baş məşqçi: Ernesto Valverde

Qarabağ”: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Kevin Medina, Bəhlul Mustafazadə, Mateus Silva, Pedro Bikalyo, Kadi, Leandro Andrade, Abdullah Zubir (k), Kamilo Duran, Nəriman Axundzadə

Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç, Samuel Mmae, Kria Kuaku, Marko Yankoviç, Emmanuel Addai, Dani Bolt, Oleksey Kaşuk, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Seçilən
91
fanat.az

1Mənbələr