AZ

Aİ Rusiyaya qarşı yeni sanksiya paketinin təfərrüatlarını açıqladı

BAKI, 23 oktyabr. TELEQRAF

Avropa İttifaqının yeni sanksiya paketi Rusiyanın gəlirlərinə qarşı sərt tədbirləri ehtiva edir.

Teleqraf xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri David Van Vil "X" sosial şəbəkəsində məlumat verib.

Nazirin sözlərinə görə, Aİ Rusiya mənşəli mayeləşdirilmiş təbii qazdan (LNG) tədricən imtinanı sürətləndirəcək.

“Aİ olaraq biz bu fosil yanacağın tədarükünü dayandırmaqda qərarlıyıq. Həmçinin Rusiyanın “kölgə donanmasına” qarşı sanksiyaları gücləndiririk, daha 117 gəmi siyahıya əlavə edilib. Beləliklə, ümumilikdə Aİ sanksiyalarına 564 gəmi daxil edilib. Bundan əlavə, təzyiqi daha da artırmaq üçün növbəti sanksiya paketi üzərində artıq iş aparılır,” – deyə Van Vil qeyd edib.

Seçilən
49
teleqraf.com

1Mənbələr