AZ

"2026-cı ildə ünvanlı sosial yardım artırılacaq" - Deputat

"Azərbaycanda 2026-cı ildən yaşayış minimumu və ehtiyac meyarı 300 manat müəyyən olunacaq. Bu, ünvanlı sosial yardımın məbləğinin artmasına və daha çox ailənin müraciət etməsinə imkan yaradacaq".

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, məslən, 5 üzvlü ailənin aylıq gəliri 900 manatdırsa, bu il ona 525 manat yardım ödənilir:

"Yeni ehtiyac meyarı ilə həmin yardım 600 manata yüksələcək. Hazırda 80 300 aztəminatlı ailənin 353 300 üzvü ünvanlı sosial yardım alır və artımdan çoxsaylı ailələr faydalanacaq".

 

Pərvanə Fərhadqızı

Seçilən
75
qht.az

1Mənbələr