AZ

Ukraynada Rusiyaya casusluq edənlər ifşa olunub

Ukrayna Təhlükəsizlik Xidməti Nikolaev vilayətində regionun müdafiə-sənaye kompleksinin müəssisələrindən birində casusluq edən Rusiya kəşfiyyat qrupunu ifşa etdiyini bildirib.

XəzərNews.az xəbər verir ki, bu barədə oktyabrın 24-də Ukrayna Təhlükəsizlik Xidmətininmətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, “köstəbəklər” bir-birindən ayrı hərəkət edərək, istehsalat sexlərinin geolokasiyalarını və bu obyektin təhlükəsizliyi ilə bağlı məlumatları ruslara “sızdırıblar”. Həmçinin, Rusiya xüsusi xidmət orqanları casuslar vasitəsilə müəssisənin yerinə yetirdiyi müdafiə sifarişlərinin mövcudluğunu və növlərini öyrənməyə çalışıb.

Xəbər 6 dəfə oxunub.
Seçilən
66
xezernews.az

1Mənbələr