AZ

Mahmud Abbas və HƏMAS arasında gərginlik: Fələstinin qanuni təmsilçisi bizik!

BAKI, 23 oktyabr. TELEQRAF

HƏMAS Hərəkatı Fələstin Azadlıq Təşkilatını (FAT) Fələstin xalqının yeganə qanuni təmsilçisi kimi tanımalı və bütün fələstinlilər adından birtərəfli qərarlar qəbul etməməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Fələstinin FƏTH Hərəkatından “Al Hadath” telekanalına bildirilib.

“Bizim hərəkatımız HƏMAS-dan FAT-ı fələstin xalqının yeganə təmsilçisi kimi tanımağı tələb edir”, - FƏTH nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, indiyədək Qəzza zolağının idarə edən HƏMAS heç bir razılaşmaya əməl etmir və bütün Fələstin xalqı adından təkbaşına qərarlar qəbul edir.

Xatırladaq ki, FƏTH Hərəkatının lideri Fələstin Prezidenti Mahmud Abbasdır. FƏTH Fələstin Azadlıq Təşkilatının əsas qüvvəsi hesab olunur.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr