ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə görüşünü ləğv etməsindən sonra Rusiya Silahlı Qüvvələri Ukraynaya daha kütləvi zərbələr endirməyə başlaya bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram”da bildirib.
Siyasətçinin sözlərinə görə, Moskva indi sülh danışıqlarını nəzərə almadan Ukraynaya hücum edə bilər.
"Biz banderaçıların izləndiyi yerləri müxtəlif silahlarla vura və qələbə qazana bilərik", - Medvedev müharibənin gedişatındakı dəyişikliyi elan edib.