AZ

Luvrdan oğurluqla bağlı işin yeni təfərrüatı ortaya çıxıb

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransa mütəxəssisləri oğruların Luvru qarət etdikdən sonra tələm-tələsik qaçarkən qoyub getdikləri əşyalarda qalmış DNT izlərini öyrənirlər.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABC telekanalı yayıb.

Bildirilir ki, polis oğruların əşyalarında - dəbilqə və əlcəkdə DNT izləri aşkar edib.

Xatırladaq ki, oktyabrın 19-da səhər saatlarında Luvr oğruların hücumuna məruz qalıb. Onlar Apollon Qalereyasına daxil olaraq Napoleon kolleksiyasından doqquz zinət əşyası oğurlayıblar. Oğurlananlar arasından yalnız III Napoleonun xanımı imperatriça Yevgeniyaya məxsus tacı küçədə sınmış vəziyyətdə tapmaq mümkün olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
oxu.az

1Mənbələr