AZ

Azərbaycanlı aktyor Rusiyada "Konstantinopol" adlı seriala çəkilib

BAKI, 23 oktyabr. TELEQRAF

"AzTV-də intelellektual layihəyə aparıcılıq edəcəm. Layihə yaxın günlərdə efirə gedəcək".

Bunu Teleqraf-a aktyor Sənan Əlləz deyib.

O vurğulayıb ki, Rusiya kinematoqrafçılarının tarixi serial janrında çəkdiyi "Konstantinopol" adlı serialda rol alıb:

"Layihədə "Osmanlı" sərkərdəsi Nüsrət obrazını canlandırmışam, bu, baş rollardan biridir. 10 seriyadan ibarət serial Rusiyanın NTV kanalında yayımlanacaq".

Aktyor deyib ki, Özbəkistan Baş Prokurorluğunun sifarişi ilə "Cənab Prokuror" adlı filmdə də oynayıb:

"Burada Şirzad Rəsulov adlı baş qəhrəmanı canlandırıram. Orada iştirak edən yeganə azərbaycanlı aktyor mənəm. Filmin premyerası bu ilin dekabrında Daşkənddə baş tutacaq. Maraqlısı odur ki, filmin adı da mənim obrazımla bağlıdır".

Seçilən
78
teleqraf.com

1Mənbələr