AZ

AFFA rəsmisi Bakıdakı stadionda görüləcək işləri açıqlayıb

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Təmirə bağlanan "Liv Bona Dea Arena"da görüləcək işlər bəlli olub.

Bu barədə "Report"a AFFA-nın İnfrastruktur Departamentinin rəhbəri Fuad Cəfərov açıqlama verib.

O, Mərdəkandakı stadionun ot örtüyünün renovasiya işlərinə görə noyabrın 30-dək bağlandığını xatırladıb:

"İşlər çərçivəsində alaq otlarının təmizlənməsi, qumlama, ot örtüyünün havalandırılması, toxumlama prosesi və s. həyata keçirilir. Bu tədbirlər ot örtüyünün keyfiyyətinin və davamlılığının artırılması məqsədilə aparılır".

Qeyd edək ki, bununla əlaqədar olaraq "Araz-Naxçıvan" klubu növbəti ev oyunlarını başqa stadionlarda keçirməli olacaq.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
2
cebheinfo.az

3Mənbələr