AZ

Tanınmış plastik cərrah Məhəmməd Poluxovdan ŞİKAYƏT

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bakı sakini Seyidova Naridə Mir Məmməd qızı Bakıda fəaliyyət göstərən “Funda Hospital” adlı tibb müəssisəsindən şikayətçidir.

“Cebheinfo.az”-a danışan Naridə Seyidova “Funda Hospital”ın plastik, estetik cərrahı Dr. Məhəmməd Poluxovun plastik-estetik əməliyyat zamanı tibbi etika qaydalarını pozulduğunu iddia edib.

Onun sözlərinə görə, 2025-ci ilin fevral ayının 7-də xəstəxananın plastik cərrahı Məhəmməd Poluxov tərəfindən aparılan əməliyyat zamanı onun razılığı olmadan bir neçə əlavə cərrahi müdaxilə həyata keçirilib.

O qeyd edib ki, həkimdən yalnız qaş qaldırma və alt göz blefaroplastikası (göz qapağı estetikası) işləmlərinin həyata keçirilməsini istəyib.

Pasiyent iddia edir ki, amma həkim ondan icazəsiz üst göz blefaroplastikası, üz dartılması və göz dartılması əməliyyatları da icra edib:

“Əməliyyatdan əvvəl dəfələrlə demişdim ki, gözlərimə toxunulmasın. Hətta, mən gözlərimin aşiqiyəm, onları dəyişmək istəmirəm sözləri ilə bu fikrimi həkimə açıq şəkildə bildirmişdim. Artıq məlum əməliyyatdan sonra üzündə simmetriya pozulub, yanağı əyilib, gözlərinin biri yuxarı, biri aşağı vəziyyətdə qalıb. 

Həmçinin sağ gözündə ağrı, su axması və görmə narahatlığı yaranıb. Hər dəfə həkimin qəbuluna gedəndə “6 aydan sonra düzələcək” deyərək məni aldatdılar. Artıq 9 ay keçib, amma vəziyyətim dəyişməyib. Son dəfə bir ay öncə həkimlə görüşəndə “məsələni tezliklə həll edəcəyini” dedi, amma sözünü tutmadı”, - deyə qadın şikayətçi bildirib.

Onun iddiasına görə, məsələni hüquqi yolla həll etməyə çalışarkən həkim tərəfindən təhdid olunub:

“Mən məsələni hüquqi müstəviyə çıxaracağımı deyəndə, Məhəmməd Poluxov “bizim yuxarıda da adamımız var, bu məsələni uzatmayın” deyə məni qorxutmağa çalışdı”.

Hazırda Naridə Seyidova bu davranışı pasiyent hüquqlarının, tibbi etika prinsiplərinin və insan ləyaqətinin kobud şəkildə pozulması kimi qiymətləndirir və məsələni qanun çərçivəsində sonadək araşdırmaqda israrlı olduğunu bildirir.

O, dövlətin və onun ədalətli qanunlarına güvəndiyini bildirərək, bu məsələni qanun çərçivəsində, hüquqi yollarla sonadək araşdıracağını qeyd edib. 

Artıq Naridə Seyidova məsələ ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır.

Məsələni aydınlaşdırmaq üçün “Funda Hospital”da çalışan plastik-estetik cərrah Məhəmməd Poluxovla da əlaqə saxladıq. 

Həkim iddiaları təkzib edərək bildirib ki, pasiyentlə əvvəlcədən hansı əməliyyat barədə razılıq əldə olunubsa, elə o əməliyyat da icra edilib. İddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
1
cebheinfo.az

2Mənbələr