Soyuq havalarda immuniteti gücləndirən ən məşhur tərəvəzlərdən biri olan turp, yüksək C vitamini və lif tərkibi ilə seçilir. Lakin mütəxəssislər, turpun həddindən artıq qəbulunun bəzi sağlamlıq problemlərinə yol aça biləcəyi barədə diqqətçəkən xəbərdarlıq ediblər.
Yenisabah.az xəbər verir ki, qış süfrələrinin əvəzolunmazı olan turp, həzm üçün çətin bir tərəvəzdir. Mütəxəssislərin sözlərinə görə, onun çox yeyilməsi qaz, şişkinlik və mədə yanması kimi problemlərə səbəb ola bilər.
Xüsusilə reflü və ya qastrit xəstələrinin çiy turpu diqqətlə istehlak etməsi tövsiyə olunur. Marqarita pizza
Turpun tərkibindəki guatrogen maddələri tiroid vəzinin yod qəbulunu azalda bilər. Bu isə hipotiroid (tiroid zəifliyi) olan şəxslərdə hormon balansının pozulmasına gətirib çıxarır. Mütəxəssislər tiroid xəstələrinə turpu çiy deyil, bişmiş şəkildə və məhdud miqdarda yeməyi məsləhət görürlər.
Turp oksalatla zəngindir. Buna görə də onun çox yeyilməsi kalsium oksalat daşlarının yaranma riskini artıra bilər. Böyrək daşı keçmişi olanlara turpu az miqdarda yemək tövsiyə olunur.
Turpun acı və kəskin maddələri bağırsaqları stimullaşdırdığı üçün bəzi insanlarda ishal, ürəkbulanma və qarın ağrısı yarada bilər. Xüsusilə acqarına çiy turp yemək bağırsaqları qıcıqlandıra bilər.
Turpun qanı duruldan təsiri olduğu bilinir. Buna görə qan durulducu dərman qəbul edən şəxslərin çox turp yeməsi dərmanların təsirini artıraraq qanaxma riskini yüksəldə bilər.
Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, turp faydalı bir qış tərəvəzidir, lakin gündə bir neçə dilimdən çox yeyilməsi məsləhət görülmür. Turpun limonla birlikdə və ya bişmiş şəkildə yeyilməsi isə həm həzmi asanlaşdırır, həm də mənfi təsirləri azaldır.
Mütəxəssislər vurğulayırlar ki, turp qış aylarında immuniteti gücləndirən faydalı bir tərəvəzdir, lakin “hər faydalı qida kimi, turpun da həddi aşılarsa, zərəri ola bilər. Artığı mədəni yorar, tiroidi poza və böyrəkləri zəiflədə bilər”.
Aydan Hacı
Telegram kanalımız